Yuxarı

Xanlarova: Gözümün qabağına onları gətirdim - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanlarova: Gözümün qabağına onları gətirdim - Video

Şuşa bizim canımızdır. Şuşaya söz çatdırmaq mümkün deyil. Şuşa üçün əlimdən nə gəlirsə, bir az oxuyuram. Bu gün burada nə qədər qonaqlarla şəkillər çəkdirdim və ünsiyyətdə oldum.

Kult.az xəbər verir ki, bu sözləri Real TV-yə açıqlamasında xalq artisti Zeynəb Xanlarova deyib.

Sənətçi bu gün Şuşada səhnə almasından danışıb:

“Xoşbəxtəm! Şuşada olduğum üçün xoşbəxtəm. Xoşbəxtəm ki, bu çayı, çəməni görürəm. Rəhmət oxumaq istəyirəm bu müqəddəs torpaq uğrunda həyatlarını qurban verən insanlar üçün. Oxuyanda gözümün qabağına onları gətirdim. Allah onlara rəhmət eləsin.

Cənab Prezidenti o qədər sevirəm ki... Mən o qədər prezidentlər görmüşəm ki… Düzdür, hamı mənə hörmət edib, amma gərək düzünü deyəsən. O dağlarda oturub cürbəcür sözlər danışanlar var. Gəlsinlər qabağıma partladım, öldürüm onları. Bizim əziz Prezidentimiz İlham Əliyev olmasaydı, bəlkə də necə var idiksə, elə də qalacaqdıq. Bu isə mənim ürəyimdən gələn sözlərdir. İnsan ki, özü, həyat yoldaşı, qızı, oğlu da, ailəvi olaraq, bu xalq üçün yaşayırlar, onları necə sevməmək olar? Mənim yaltaqlığım yoxdur. Oxuyan adamam, heç vecimə gəlmir kim olursa, olsun. Ancaq yaxşının qədrini bilmək lazımdır. Mənim canım qurban cənab Prezidentə. Onu çox istəmişəm, istəyəcəyəm də... Onun atasını - Heydər Əliyevi də çox istəmişəm, indi də istəyirəm”.

Tarix
2024.05.12 / 00:01
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla