Yuxarı

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

Rəqəmsal transformasiya və süni intellekt müasir dünyada dövlətlərin iqtisadi mövqelərini, dayanıqlılığını və milli təhlükəsizliyini müəyyən edən əsas strateji amillərə çevrilib.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunda “Rəqəmsal inkişaf və süni intellekt sahələrində əməkdaşlıq, çağırışlar və perspektivlər” mövzusunda çıxışı zamanı bildirib.

Komissiya sədri qeyd edib ki, Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında və bu sahənin inkişafında Prezident İlham Əliyevin strateji baxışı, qəbul etdiyi qərarlar əsas hərəkətverici qüvvədir. Dövlətimizin başçısı süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma islahatlarının dövlətlərin gələcək mövqelərini müəyyənləşdirdiyini xüsusi vurğulayıb.

Ölkə tarixində ilk dəfə olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını xatırladan R.Namazov qeyd edib ki, Şuraya rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə 58 təşəbbüsün icrasına nəzarət və əlaqələndirmə funksiyaları həvalə olunub. Bununla da rəqəmsal transformasiya siyasəti sistemli və institusional idarəetmə mərhələsinə keçib.

Görülən işlərin nəticələrinə toxunan deputat noyabrın 19-da dərc olunmuş BMT-nin 2026-cı il üzrə Elektron Hökumət Tədqiqatına diqqət çəkib. Nəticələrə görə, Azərbaycan Elektron Hökumətin İnkişafı İndeksində birdən-birə 36 pillə irəliləyərək 74-cü yerdən 38-ci yerə yüksəlib, onlayn xidmətlərin inkişaf səviyyəsinə görə isə ölkə artıq dünyada 11-ci pillədə qərarlaşıb. BMT-nin hesabatında bu irəliləyişin siyasi iradə, möhkəm normativ-hüquqi baza, ardıcıl investisiyalar və insan kapitalının inkişafı sayəsində mümkün olduğu qeyd edilib.

Çıxışda rəqəmsallaşmanın yaratdığı yeni risklərə də toxunan R.Namazov bildirib ki, dəyişən geosiyasi şəraitdə kibertəhlükəsizlik hər bir dövlətin milli təhlükəsizliyi üçün birbaşa əhəmiyyət daşıyır. O, Azərbaycanın həm ötən il, həm də son dövrlərdə yüksək aqressivliklə seçilən mütəşəkkil və genişmiqyaslı kiberhücumlara məruz qaldığını xatırladaraq, milli kibermüdafiə mexanizmlərinin daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Komissiya sədri süni intellekt vasitəsilə yaradılan dipfeyk (deepfake) və sintetik media məzmunlarının hibrid hücum alətinə çevrildiyini vurğulayaraq deyib: “Bu materiallar getdikcə daha real görünür və dövlət institutlarının fakt yoxlama mexanizmlərinin reaksiya verməsürətindən daha tez yayılır. Nəticədə onlardan ictimai etimadı sarsıtmaq, dövlət institutlarını gözdən salmaq və insanları, xüsusilə uşaqları manipulyasiya etmək üçün istifadə olunur”.

İnformasiya təhlükəsizliyinin mühüm istiqamətlərindən birinin uşaqların müdafiəsi olduğunu bildirən R. Namazov problemin qlobal miqyasını göstərmək üçün Quql şirkətinin statistikasına istinad edib. Onun sözlərinə görə, təkcə 2025-ci il ərzində bütündünyada uşaqların təhlükəsizliyi ilə bağlı səbəblərdən 24 milyondan çox videoçarxın silindiyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı bu istiqamətdə Azərbaycanda qanunvericilik səviyyəsində atılan addımları xatırladaraq şəxsi hesabların qeydiyyatı üçün minimum yaş həddinin müəyyənedilməsi, provayderlərin və rəqəmsal platformaların məsuliyyətinin artırılması, zərərli məzmunun operativ aşkarlanması və silinməsi, şaqların fərdi məlumatlarının qorunması üçün əlavə təminatların verilməsini xüsusilə qeyd edib: “Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi və rifahı məsələlərinə uzun illərdir ki, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən xüsusi diqqət yetirilir. Rəqəmsal İnkişaf Şurasına rəhbərlik edən Mehriban Əliyeva rəqəmsal transformasiyaya həm də humanizm, sosial məsuliyyət və insan maraqlarının qorunması prizmasından yanaşmanı təcəssüm etdirir. Gələcək nəsillər üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasının əsasında məhz bu cür yanaşma dayanmalıdır”.

Tarix
2026.11.25 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla