Yuxarı

“Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərsun Holdinq”in istehsalat müəssisələrinə infotur...

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) SƏTƏM üzrə əməkdaşlarının iştirakı ilə “Azərsun Holdinq”in Sumqayıtda yerləşən istehsalat müəssisələrinə birgə infotur təşkil olunub.

Axar.az xəbər verir ki, infoturun əsas məqsədi müəssisələrin fəaliyyəti, istehsal prosesləri, əməkdaşlar üçün yaradılmış əmək şəraiti və əməyin mühafizəsi sahəsində görülən işlərlə yerində tanış olmaq, həmçinin gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək olub.

Səfər çərçivəsində Azərsun Kağız və Karton İstehsalat Korporasiyası nəzdində Xam Kağız Fabriki, Təmizlik Kağızları İstehsalı Fabriki və Təmizlik Vasitələri Fabrikinə baxış keçirilib. Qonaqlara müəssisələrin istehsalat fəaliyyəti, texnoloji proseslər, tətbiq olunan təhlükəsizlik qaydaları və əməkdaşlar üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.

İnfotur zamanı fərdi mühafizə vasitələrindən istifadə, iş yerlərində təhlükəsizlik qaydalarına əməl olunması, əməkdaşların maarifləndirilməsi və istehsalat sahələrində təhlükəsiz iş mühitinin təmin edilməsi diqqət mərkəzində olub. Bununla yanaşı, müəssisələrdə əməkdaşların gündəlik rahatlığı üçün yaradılmış sosial şərait, o cümlədən yeməkxanalar və digər imkanlarla da tanışlıq baş tutub.

Görüşlər zamanı fabrik nümayəndələri və SƏTƏM mütəxəssisləri müəssisələrdə tətbiq olunan təhlükəsizlik yanaşmaları, iş şəraiti və əməkdaşların rifahının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər.

İnfotur çərçivəsində tərəflər əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində təcrübə mübadiləsinin, birgə maarifləndirmə tədbirlərinin təşkilinin əhəmiyyətini vurğulayıblar.

Bu təşəbbüs “Azərsun Holdinq” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlığın inkişafı, istehsalat müəssisələrində təhlükəsiz əmək mühitinin təşviqi və gələcək birgə layihələr üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

“Azərsun Holdinq” üçün istehsalatın inkişafı ilə yanaşı, bu prosesin əsas iştirakçısı olan insanların sağlamlığı, təhlükəsizliyi və rifahı da daim diqqət mərkəzindədir.

Tarix
2026.11.25 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla