Yuxarı

Məşhur aktyor faciəvi şəkildə öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aktyor faciəvi şəkildə öldü

ABŞ-ın tanınmış aktyoru Larri Poyndekster 66 yaşında ölüb.

Kult.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.

Bildirilib ki, aktyor noyabrın 13-də Los-Ancelesin Studio City ərazisində yolu keçərkən avtomobil tərəfindən vurulub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Poyndeksterin qabırğaları sınıb və noyabrın 18-də əməliyyat olunması planlaşdırılıb. Lakin aktyor həmin gün səhər saatlarında xəstəxanada qəfil ölüb. Onun ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb.

Qeyd edək ki, 1960-cı ildə anadan olan Larri Poyndekster 40 ildən artıq davam edən aktyorluq karyerası ərzində 200-ə yaxın film və televiziya layihəsində rol alıb.

O, “Santa Barbara”, “Friends” (“Dostlar”), “How I Met Your Mother” (“Ananla necə tanış oldum”), “JAG”, “Days of Our Lives” və “General Hospital” seriallarında çəkilib. Aktyor 2003-cü ildə ekranlara çıxan “S.W.A.T.” filmində polis kapitanı Tom Fuller obrazını canlandırıb.

Tarix
2026.11.19 / 15:27
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla