Yuxarı

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Tramp, Putin və Si Szinpinin Şençjendə planlaşdırılan üçtərəfli görüşü “Yalta 2” kimi göstərilsə də, iki tarix arasında ciddi fərqlər var: II Dünya müharibəsindən sonra dünyanın bölüşdürülməsi fikrində ortaq olan qaliblərdən fərqli olaraq, 81 il sonra ABŞ, Çin və Rusiya arasındakı ziddiyyətlər dərindir və tərəflərdən heç biri apardığı müharibənin qalibi olmayıb. Bu baxımdan, Şençjenin yeni Yalta olacağı – qlobal təsir dairələrinin bölüşdürülməsi ilə nəticələnəcəyi gözləntisi azdır, lakin geosiyasi rəqabətin tərəfləri olan üç ölkənin bu görüşdə maraqları aydın görünür.

Rusiyanın maraqları: üçtərəfli konfrans təklifini irəli sürən Putin “Yalta 2” mənzərəsi yaratmağa və iki hədəf nail olmağa çalışır.

1. ABŞ və Çinin supergüc rəqabətində Rusiyanın qlobal tərəf kimi qəbul edildiyini göstərmək;

2. Ukrayna münaqişəsinin onun maraqları çərçivəsində Si Szinpinin dəstəyini Trampa nümayiş etdirmək və ABŞ-ın mövqeyinə təsir etmək;

Nüvə silahına həsr olunan üçtərəfli görüşün gündəliyinə Rusiyanın təklifi ilə Ukrayna məsələsinin daxil edilməsi də bundan qaynaqlanır. Putin üçtərəfli görüşü Trampla dizel yanacağı və sanksiyaların yumşaldılması məsələsində də razılığa gəlmək fürsəti olaraq görür.

ABŞ-ın maraqları: Tramp üçün cari məqsədin İran olduğu görünür. Hörmüz boğazının blokadasının yaratdığı enerji problemləri ABŞ-la yanaşı, Çini də narahat edir, digər tərəfdən, Yaxın Şərqin təhlükəsizliyi Pekinin də marağındadır. Tramp Si Cinpinlə maraqları uzlaşdırmaq və İranı küncə sıxışdırmağın mümkünlüyünü hesablayır. Bununla yanaşı, Çinin “Yeni START” (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) razılaşmasına qapıları tam bağlamamasına nail olmağa çalışacaq və bu məsələdə Putinin də dəstəyinə ümid edir. Trampın bu görüşdən “qlobal üçlük” görüntüsünü nümayiş etdirmək istəyi də diqqətdən yayınmır.

Çinin maraqları: Si Szinpin üçün bu görüş iki amil fonunda əhəmiyyətlidir.

1. Ölkəsinin supergüc olduğunu, bunun ABŞ tərəfindən də qəbul edildiyini sərgiləmək;

2. Çinin qlobal sülhü təmin etmək və yeni nizamı formalaşdırmaqda həlledici rolunu göstərmək;

Bu baxımdan, Pekin üçün görüşün nəticəsindən daha çox, mənzərəsinin vacib olduğu görünür. Lakin Çin görüşü Tayvan məsələsindəki mövqelərini gücləndirmək imkanı kimi də nəzərdən keçirir.

Hər üç tərəfin masadakı mümkün gedişləri də maraqlıdır.

- Çin Rusiyanın Ukrayna ilə bağlı planına müəyyən dəstək verməklə onu öz orbitinə yaxınlaşdıra və Moskvadan Avropaya qarşı təhlükəsizlik tələblərini yumşaltmasını istəyə bilər. Bu, Pekinə Avropa üzərində təsir imkanlarını genişləndirmək üçün lazımdır. Paralel olaraq, İran məsələsində “münaqişənin həll edilməsi, Hörmüz boğazının açılması, enerji qiymətlərinin sabitləşdirilməsi” kontekstində ABŞ-la ortaq mövqe sərgiləyə, əvəzində ticarət məhdudiyyətlərində yumşalmaya nail olmağa çalışa bilər. Və strateji məqamlardan biri də Vaşinqtonu Tayvan məsələsində “Vahid Çin” ideyasına yaxınlaşdırmağa çalışacaq. Ki, burada nəticə əldə etmək çətin olsa da, Çinin diplomatik manevrlərini bu istiqamətlər – Ukrayna, İran (hər iki məsələdə Pekinin praktiki siyasətinin dəyişəcəyi ehtimalı azdır) və Tayvan üzərində quracağı ehtimalı ön plandadır.

- Rusiya Ukrayna məsələsində dəstək qarşılığında Avropa ilə bağlı tələblərini yenidən nəzərdən keçirə, eyni zamanda, ABŞ-dan güzəşt əldə etməklə Vaşinqtonun Pekindən istədiklərinə yardım edə bilər. Putin görüşün təşəbbüskarı kimi ABŞ-Çin arasında “vasitəçiliyə” də can atmağa çalışacaq. Moskva üçün hələki əsas qazanc bu görüşdə iştirak etmək – o mənzərədə yer almaqdır.

- ABŞ üçün vəziyyət daha mürəkkəb görünür, çünki Ukrayna, İran, eləcə də Çinlə ticarət anlaşmalarına qarşı daxildə və Avropada müxalif mövqe zəif deyil. Və Trampın əldə edə biləcəyi mümkün anlaşmaların praktiki icrasında çətinliklər olacaq. Buna baxmayaraq, Vaşinqton müəyyən güzəştlər qarşılığında Ukrayna və İran məsələsində Moskva və Pekinlə mövqeləri yaxınlaşdırmağa çalışacaq.

Görüşün ciddi nəticələrlə başa çatacağı ehtimalı isə azdır: nüvə silahlarına nəzarət məsələsinin Çinin marağında olmaması, tərəflərin, bir-birinə etimadsızlıq pəncərəsindən yanaşması, Ukrayna və İran məsələsində uzlaşan-kəsişən xətlərin mürəkkəbliyi və digər ziddiyyətlər göz önündədir.

Bütün bunların fonunda bir-biri ilə ziddiyyətlər yaşayan tərəfləri birləşdirən bir ortaq nöqtə var: dünyanı qlobal təsir dairələrinə bölüşdürəcək gücün onlarda olduğunu və gələcəyin belə olacağını göstərmək.

Tarix
2026.11.19 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla