Yuxarı

Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir stəkan kola içdikdə nələr baş verir? - Dəhşətli faktlar

Bir çox insan üçün kola susuzluğu yatırmaq, hətta tez bir zamanda enerji almaq üçün əla vasitədir. Bəs bir stəkan kola içdiyiniz zaman bədəninizin daxilində nə baş verir?

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kolanın tərkibində külli miqdarda şəkər və nəticə etibarilə, çoxlu kalori var. Üstəlik, bu şəkərli içkidəki kofein də hər kəs üçün faydalı deyil.

Bir şüşə kolada təxminən 10 çay qaşığı şəkər olur və siz onu içdikcə bu şəkər orqanizminizə daxil olur. Bu, potensial olaraq zərərli olsa da, içkidəki fosfor turşusu həmin təsiri neytrallaşdırır.

Endokrinoloq Olqa Yuryeva bunu belə izah edib:

"Orqanizmin bu qədər şəkərə reaksiya verməsi təxminən 20 dəqiqə çəkir. Qanda şəkərin səviyyəsi sürətlə yüksəlir və bu, orqanizmi külli miqdarda insulin ifraz etməyə vadar edir. Qaraciyərin də üzərinə əlavə yük düşür, o, bu zərərli içkidəki artıq şəkəri yağa çevirməyə başlayır".

40 dəqiqə sonra kofein təsirini göstərməyə başlayır, bu müddətdən sonra sorulmuş olur. Bu mərhələdə qan təzyiqiniz bir qədər yüksələ bilər, göz bəbəkləriniz isə genişlənə bilər.

Qaraciyər vasitəsilə qan dövranına xeyli miqdarda şəkər ötürülür. "Beyindəki adenozin reseptorları – hansı ki, enerji mübadiləsində iştirak edən maddələrlə qarşılıqlı əlaqədə olur – bloklanır. Bu da yorğunluq hissinin yaranmasının qarşısını alır". 45 dəqiqə sonra: xoşbəxtlik hissi yaranır.

Kola içdikdən təxminən 45 dəqiqə sonra özünüzü ən yaxşı hiss edirsiniz, bunun səbəbi dopaminin ifraz olunmasıdır. Dopamin fiziki və zehni fəaliyyəti tənzimləyən neyrotransmitterdir. Dofamin, eynilə opiatlar kimi, beynin mükafatlandırma mərkəzini stimullaşdırır. Bu da xoşbəxtlik hissi yaradır.

Yuryeva qeyd edib ki, təxminən bir saat keçdikdən sonra kolanın mənfi təsirləri tam üzə çıxır: tərkibindəki fosfor turşusu maqnezium, kalsium və sinklə birləşir:

"Bunlar orqanizmin həqiqətən ehtiyac duyduğu maddələrdir, məsələn, sümük toxumasının formalaşması üçün. Zərərli kolanın tərkibindəki yüksək şəkər miqdarı həmçinin həyati əhəmiyyətli kalsiumun sidik vasitəsilə orqanizmdən xaric olunmasını sürətləndirir.

Bunun üzərinə kfeinin sidikqovucu təsiri də əlavə olunur. Nəticədə tualetə getmək ehtiyacı yaranır və kalsiumla yanaşı, maqnezium, sink, natrium, elektrolitlər və su da itirilir. Orqanizm bu vacib qida maddələrindən məhrum olduqca, özünüzü halsız hiss etməyə başlayırsınız. Eyni zamanda, bir müddət əvvəl kəskin şəkildə yüksələn qan şəkəri indi sürətlə aşağı düşür.

Nəticədə, şirin bir şey yeməyə qarşı güclü bir istək yaranır".

Tarix
2026.11.19 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla