Yuxarı

Arda Gülər “Real”la yeni müqaviləsindən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arda Gülər “Real”la yeni müqaviləsindən danışdı

“Real Madrid”in futbolçusu Arda Gülər klubla müqaviləsini uzatmasına münasibət bildirib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edərək yeni sözləşmədən məmnunluğunu ifadə edib:

“Real”ın formasını ilk dəfə geyinəndə böyük tarixin bir parçasına çevrildiyimi anladım. Bu gün də eyni qürur və sevinc hissini yaşayıram, lakin indi məsuliyyətimin daha da böyük olduğunu dərk edirəm.

Futbol tarixində iz qoymuş əfsanələrin yolunu davam etdirmək dünyanın ən böyük klubunda mənim üçün böyük şərəfdir. Bu formanı uzun illər geyinməyi, birlikdə yeni titullar qazanmağı və bir gün bu unikal tarixdə öz izimi qoymağı arzulayıram.

Yanımda olan hər kəsə, xüsusilə prezidentimiz Florentino Peresə, ailəmə, komanda yoldaşlarıma, klubun əməkdaşlarına, məşqçilər heyətinə və dünyanın hər yerində bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu klubun bir parçası olaraq qalacağım üçün çox xoşbəxtəm. Qarşıda bizi çox gözəl günlər gözləyir”.

Qeyd edək ki, “Real”ın Arda Gülərlə yeni müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

Tarix
2026.11.19 / 01:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla