Yuxarı

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər proqramına uyğun olaraq, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.

Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət ediblər.

Burada nümayəndə heyətinə MMU-da, eləcə də Hərbi Liseydə təhsil sistemi və tədris prosesinin təşkili barədə ətraflı məlumat verilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Liseylə tanışlıq zamanı qonaqlar Heydər Əliyev Muzeyində olublar. Burada onlara Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasında hərbi liseylərin müstəsna rolu olduğu və bu hərbi təhsil ocağının yaradılmasında məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.

Görüşdən sonra general-leytenant G.Matiaşvili "Şərəf kitabı"na ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Tarix
2026.11.18 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla