Yuxarı

Professor, “şax” yox, “şah” – bunusa öyrən!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professor, “şax” yox, “şah” – bunusa öyrən!

Görəsən, nə günah işləmişik?! Hansı günahlarımızın BƏDƏLini ödəyirik?!

Fərhad Bədəlbəylini deyirəm. Bu adam hələ də SSRİ-nin xalq artistidir...

...Bu çıxışla bağlı professor Fərhad Bədəlbəyliyə əlavə bir neçə kəlmə demək istəyirəm.

Hörmətli Fərhad müəllim, əvvəla, İstanbul deyil, Ankara. Türk Dövlətləri Təşkilatının sonuncu zirvə görüşü Ankarada keçirildi. Heç olmasa, şəhərin adını düz deyin. İkincisi, "şax" yox, "şah".

"Şax" biz tərəflərdə qurumuş budaqlara, çör-çöpə deyilir. Barı "şah" sözünün deyilişini öyrənin. Üçüncüsü, mədəniyyət elə mədəniyyətin öz səviyyəsində olsa da, bəsimizdir. Bəli, demək istəyirsiniz ki, diplomatiya kimi, mədəniyyət də yüksək səviyyədə olmalıdır. Buyurun, inkişaf etdirin, kim mane olur?!

Sovet dövründə də, indi də ailəlikcə Azərbaycan mədəniyyətinin çörəyini (hətta qara kürüsünü də!) siz yeyirsiniz. Musiqi Akademiyasının rektoru kimi birbaşa, geniş imkanlarınız, dövlətdən hər cür dəstəyiniz var. Mədəniyyəti qaldırın o dediyiniz səviyyəyə.

Dördüncüsü, siyasətdən, diplomatiyadan danışırsınız, ancaq siyasi hadisələri yanlış şərh edirsiniz.

...Bir sözlə, hər şey bitib, qurtarandan sonra arxa tarixlə bu cür, bu üslubda danışmaq, həm də dərindən dərk və təhlil edə bilmədiyiniz mövzuları xırdalamaq, üstəlik qardaş ölkənin liderini aşağılamaq yaraşmadı.

Bu cür aşağı səviyyəli çıxışlar dövlətə xeyir vermir.

Başa düşürəm, siyasətin içində böyüsəniz də, siyasətçi olmamısınız. Siyasətin ortasında yeyib, qırağında gəzmisiniz. Böyük siyasətçi, mahir diplomat olmağa borclu da deyilsiniz. Hərçənd Azərbaycan hökumətində yüksək siyasi vəzifələr tutan, diplomat olan musiqiçilər əvvəl də olub, indi də var. Başqa ölkələrin təcrübəsində də rast gəlinib. Sizə məsləhət görərdim, keçən əsrdə Polşada baş nazir və xarici işlər naziri olmuş dünya şöhrətli pianoçu və bəstəkar İqnasi Yan Paderevskinin siyasi bioqrafiyasını və diplomatik irsini öyrənəsiniz. Yaxud ən azı 18 il mədəniyyət naziri və 18 il Rusiyada səfir işləmiş Polad Bülbüloğludan çox şeylər öyrənə bilərsiniz. Öyrənmək heç vaxt gec deyil...

Bahəddin Həzi

Tarix
2026.11.17 / 15:53
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanda aktyor vəfat etdi

Elariz Məmmədoğlu Amerikadakı qazancından danışdı

Tanınmış aparıcı Xəzər TV-dən ayrıldı

8-ci sinif tarix dərsliyində səhvlər - Tarixçi alim açıqladı

Maksim Qalkin Bakıda toyda - Fotolar

Zeynəb Xanlarova yenidən səhnədə - Canlı ifa etdi

Qızından sabiq nazirlə bağlı paylaşım - Foto

Xuraman da plastik əməliyyat etdirdi

Nazir müavininin oğlunun toyunda qadağa - Fotolar

Sİ ilə yaradılmış musiqini simfonik əsər kimi təqdim edirlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla