Millimiz FİFA reytinqində 3 pillə irəlilədi
17:47
| Ana səhifə İdman |
|
FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb.
Axar.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan millisi son siyahı ilə müqayisədə üç pillə irəliləyib.
Millimiz hazırda 1145.18 xalla 124-cü sırada qərarlaşıb.
Millimizin ən yaxın izləyicisi olan Ruanda (1145.08) 125-cidr. Farer adaları isə 1150.18) bir pillə irəlidədir - 123-cü yer.
Azərbaycan yığması bu ay UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.
Qeyd edək ki, FİFA reytinqinə 2004.48 xalla İspaniya başçılıq edir.
|
Tarix
2026.11.18 / 17:47
|
Müəllif
Axar.az
|