Bayramov və Fidan arasında telefon danışığı oldu
23:56
| Ana səhifə Hadisə |
|
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında baş vermiş yanğının genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin tüstü bacası və ətrafı 4 kvadratmetr sahədə yanıb.
Xəsarət alan olmayıb. Obyekt yanğından mühafizə olunub.
|
Tarix
2026.11.18 / 23:48
|
Müəllif
Axar.az
|