Yuxarı

“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bum” sərhəd komendantlığı xidməti istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması üzrə verdiyi tapşırıqların icrası uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, Xidmətin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan “Bum” sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin etibarlı mühafizəsinin təmin olunmasına, sərhəd infrastrukturunun müasirləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğını vurğulayan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl və sistemli xarakter daşıdığını bildirib.

Qeyd olunmuşdur ki, ölkəmizin sərhəd təhlükəsizliyinin daha da gücləndirilməsi, sərhəd mühafizəsinin müasir çağırışlara uyğun təşkili, hərbi hissə və bölmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Müasir sərhəd infrastrukturunun formalaşdırılması sərhəd mühafizəsinin keyfiyyətinin yüksəldilməsinə, bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasına və qarşıya qoyulan tapşırıqların daha çevik icrasına xidmət edir.

“Bum” sərhəd komendantlığının istifadəyə verilməsi “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsinin daha səmərəli təşkil olunması, xidməti vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi və bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Mərasimdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi sərhəd komendantlığının inzibati binasına baxış keçirib, burada yaradılmış şəraitlə tanış olmuş, şəxsi heyətlə birgə nahar edib.

Tarix
2026.11.19 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla