Yuxarı

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məşhur fotoqraf Rza Deqatinin ona Azərbaycanın itkin düşmüş şəxsləri haqqında kitabını təqdim etdiyini bildirib.

Axar.az xəbər verir ki, H.Hacıyev bu barədə X hesabında paylaşım edib.

O qeyd edib ki, Rza Deqatinin obyektivindən onilliklərdir yaxınlarının yolunu gözləyən minlərlə ailənin ağrısı dünya ictimaiyyətinə çatdırılır.

Prezidentin köməkçisinin sözlərinə görə, hazırda 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır:

“Ərazilərimizin işğaldan azad edilməsindən sonra 32 kütləvi məzarlıq aşkarlanıb və insan qalıqlarının çıxarılması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir”.

Prezidentin köməkçisi Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözlədiklərini də vurğulayıb.

O, həmçinin 2020–2023-cü illərdə keçmiş təmas xətti boyunca basdırılmış minaların xəritələrinin təqdim edilməsinin vacibliyini qeyd edib.

Bildirib ki, uzunluğu 440 kilometrdən, dərinliyi isə 2 kilometrdən çox olan ərazidəki minalar mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olmaqda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına mane olmaqda davam edir.

Hikmət Hacıyev vurğulayıb ki, bu, ilk növbədə, humanitar məsələdir:

“Məlumatların paylaşılması etimad quruculuğu, keçid ədaləti və regionda davamlı sülhə töhfə baxımından mühüm addım olardı. Ailələr yaxınlarının taleyini bilməyə layiqdirlər”.

Tarix
2026.11.19 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla