Yuxarı

Bakıda ilk dəfə avtobuslar üçün svetofor quraşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ilk dəfə avtobuslar üçün svetofor quraşdırılacaq

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.

O qeyd edib ki, Mərkəz tərəfindən Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetoforun quraşdırılması nəzərdə tutulub.

İlkin mərhələdə svetoforun paytaxtın Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan "L" tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Layihəyə əsasən, həmin dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor quraşdırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin əsas məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Ömər Xıdırov onu da qeyd edib ki, layihənin ilkin tətbiqinin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.

Tarix
2026.11.19 / 10:43
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla