Yuxarı

Rusiya-Ukrayna müharibəsində yeni cəbhə açılıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə açılıb

Rusiya-Ukrayna müharibəsində yeni cəbhə açılıb – körpülər uğrunda döyüş. Ukrayna hələlik bu mübarizədə üstünlük qazansa da, potensial nəticələr onun üçün Rusiya tərəfdən daha ağrılı ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” nəşri tərəflərin hərbi logistikasına qarşı həyata keçirilən hücumların nəticələrini təhlil edərkən yazıb.

Bildirilir ki, Ukraynanın keçirdiyi əməliyyat nəticəsində Kerç boğazı üzərindəki avtomobil körpüsünün bir hissəsi dağıdılıb. Körpünün tağ konstruksiyası və gəmiçilik keçidi suya düşərək Rusiyanın Azov dənizinə çıxışını təmin edən gəmiçilik kanalını bağlayıb. Dəmir yolu hissəsi də zədələnib və burada hərəkət bir yolla məhdudlaşdırılıb.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın Rostov vilayətində Krımla əlaqəni təmin edən və cənubdakı rus qoşun qruplaşmasının təchizatı üçün istifadə olunan avtomobil yolundakı keçidi də məhv edib.

“Pilotlarımız o qədər məharətli və dəqiq olublar ki, hədəfə zərbə endirilən zaman hətta qonşu ağacdan yarpağın necə düşdüyünü belə görməyəcəksiniz”, – deyə Ukrayna komandirlərindən biri deyib.

Eyni zamanda, Rusiya Kiyevə yeddi ballistik raketlə zərbə endirərək paytaxtın qərb və şərq sahillərini birləşdirən iki körpüyə ziyan vurub. Nəticədə avtomobil və metro nəqliyyatının hərəkətində problemlər yaranıb, şəhərdaxili gediş-gəliş çətinləşib.

Nəşrin yazdığına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi raket əleyhinə sursat çatışmazlığı ilə üzləşir. Bununla belə, Kiyev Rusiyanın hücum dronlarından qaynaqlanan təhlükəni əhəmiyyətli dərəcədə azaltmağa nail olub. Buna sentyabr ayında paytaxt üzərində quraşdırılan və müdafiə məqsədli “qübbə” adlandırılan radioelektron mübarizə sistemi kömək edib.

Sonda qeyd olunub ki, Ukraynanın dronlara qarşı mübarizədəki uğuru Rusiyanı kifayət qədər ehtiyata malik ballistik raketlərdən daha fəal istifadə etməyə məcbur edib.

Tarix
2026.11.19 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla