Ukrayna Krım körpüsünü yenə vurdu – Video
10:00
| Ana səhifə Planet |
|
Krım körpüsü bir həftə ərzində üçüncü dəfə hücuma məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə “Krımski veter” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, körpünün dəmir yolu hissəsinə iki dəqiq zərbə endirilib.
Körpüyə hücumu Krım rəhbəri Sergey Aksyonov da təsdiqləyib. Onun sözlərinə görə, zərbələr səbəbindən körpünün dəmir yol hissəsində hərəkət dayandırılıb.
Ukrayna Teleqram kanalları körpü ərazisində 15-ə yaxın partlayışın baş verdiyini bildirib.
Qeyd edək ki, Ukrayna ordusunun noyabrın 16-sı və 17-də Krım körpüsünə zərbələri nəticəsində körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsi tamamilə uçub.
|
Tarix
2026.11.19 / 10:00
|
Müəllif
Zeynəb Əkbər
|