Yuxarı

Saxta məzmun siyasi gərginliyi artıra bilər... – XİN rəsmisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saxta məzmun siyasi gərginliyi artıra bilər... – XİN rəsmisi

Bizim vəzifəmiz süni intellektin imkanlardan faydalanmaqla yanaşı, mövcud riskləri də aradan qaldırmaqdır.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xüsusilə ciddi problemlərdən biri saxta məzmunun inandırıcı şəkildə yaradılmasıdır:

“Bu gün biz bunu “deepfake” adlandırırıq. Səsin surəti yaradıla, video görüntülər saxtalaşdırıla, hər hansı bəyanat isə yanlış olaraq dövlət rəsmisinin adına aid edilə bilər. Bu hadisə diplomatik ünsiyyətdə danışanın kimliyinin təsdiqlənməsinin nə dərəcədə vacib olduğunu göstərir”.

Nazir müavini vurğulayıb ki, saxta məzmun siyasi gərginliyi artıra, danışıqları poza və beynəlxalq əməkdaşlığa ictimai dəstəyi zəiflədə bilər:

“Hətta saxtakarlıq ifşa edildikdən sonra belə onun yaratdığı etimadsızlıq uzun müddət davam edə bilər. Eyni zamanda süni intellekt zərərli aktorlara daha sürətli və geniş miqyasda kiberəməliyyatlar həyata keçirməyə kömək edir”.

Tarix
2026.11.19 / 11:50
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla