Yuxarı

İraqın ərazi bütövlüyünü dəstəkləyirik, daxili işlərinə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqın ərazi bütövlüyünü dəstəkləyirik, daxili işlərinə...

Azərbaycan hökuməti İraqda yaşayan soydaşlarının vəziyyəti ilə ardıcıl maraqlanmaq və onlara müxtəlif istiqamətlərdə dəstək göstərmək niyyətindədir.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbirdə deyib.

O bildirib ki, Azərbaycan soydaşlarına yardım göstərməyə hazırdır:

“Bu dəstək təhsil, ümumi və humanitar proqramlarla yanaşı, iqtisadi və siyasi istiqamətləri də əhatə edir”.

Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmaqdır:

“Azərbaycan İraqın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Soydaşlara siyasi dəstək hər hansı ölkənin daxili işlərinə müdaxilə demək deyil. Bu, İraqda yaşayan azərbaycanlıların həmin ölkənin qanunvericiliyi çərçivəsində bütün hüquqlarla təmin olunmasına maraq göstərməkdir”.

Tarix
2026.11.19 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla