Yuxarı

Prokuror Namizəd Səfərova 8 il cəza istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokuror Namizəd Səfərova 8 il cəza istədi

Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işinin materiallarında olan sənədlər tədqiq edilib.

Daha sonra məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib və çıxış etmək üçün prokuror Valeh Ələkbərova söz verilib.

İttiham nitqi ilə çıxış edən prokuror Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses noyabrın 26-da davam edəcək.

İttihama görə, Günel Əfəndiyeva Namizəd Səfərovla tanış olub. Namizdə Səfərov Vəkillər Kollegiyasından azad olunmasına baxmayaraq, Günel Əfəndiyevaya hüquqi yardım göstərə biləcəyini deyib. O, vəzifəli tanışları vasitəsi ilə Günel Əfəndiyevanın vəzifəyə təyin ediləcəyinə söz verib və ondan 53 min manat pul alıb. Lakin vədinə əməl etməyib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2026.11.19 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla