Yuxarı

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib.

Axar.az xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib.

Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Prezidenti Si Cinpin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp 19 noyabr 2026-cı ildə Şençjendə görüşüblər. Rusiya və ABŞ dövlət başçıları bu tarixi üçtərəfli sammitin təşkili və ev sahibliyi üçün Çinə minnətdarlıqlarını bildiriblər. Üç dövlət başçısı mövcud beynəlxalq vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb və strateji sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasına sadiq olduqlarını bildiriblər.

Bəyannamədə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq, Rusiya, Çin və ABŞ BMT-nin qlobal çağırışlara daha effektiv cavab verə bilməsi və beynəlxalq sülh və təhlükəsizlik kimi əsas missiyasını yerinə yetirə bilməsi üçün islahat aparmaq öhdəliklərini ifadə ediblər.

“Üç dövlət bütün ölkələrin rifahı üçün emal olunmuş neft məhsullarının istehsalını və tədarükünü artırmağı planlaşdırır. Onlar sabit enerji təchizatının vacibliyini bir daha təsdiqləyiblər.

Üç dövlət başçısı dövlətlərin razılığı prinsipinin və dövlət məmurlarının toxunulmazlıqlarına hörmətin fundamental olduğunu qeyd edir və Beynəlxalq Cinayət Məhkəməsinin və digər oxşar qurumların səlahiyyətlərindən sui-istifadə etməməsi barədə razılığa gəliblər.

Üç dövlət başçısı nüvə müharibəsinin qazanıla bilməyəcəyini və heç vaxt aparılmamalı olduğunu bir daha təsdiqləyib. Üç ölkə nüvə risklərini azaltmaq və nüvə silahlarının yayılmasının qarşısını almaq üçün dialoqa girəcək”, - deyə sənəddə bildirilib.

Tarix
2026.11.19 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla