Xəlifə Haftar Ankarada: Fidan və Kalınla görüşdü - Foto
16:01
| Ana səhifə Toplum |
|
07.11.2026-cı il tarixində saat 09:35 radələrində və 22.11.2026-cı il tarixində saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.
"Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - məlumatda bildirilib.
Qeyd edək ki, vəfat edənlər bacıdırlar.
|
Tarix
2026.11.25 / 15:55
|
Müəllif
Axar.az
|