Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
15:24
| Ana səhifə Kult |
|
Fars dilində və ingiliscə xülasəsi ilə “İran tarixində Azərbaycanın yeri” adlı kitab nəşr olunub.
Kult.az xəbər verir ki, kitabın müəllifi İsveçdə yaşayan Güney azərbaycanlı yazıçı və tədqiqatçı Məhəmməd Hüseyn Yəhyayidir.
Həsən Babainin redaktoru olduğu əsərdə Cənubi Azərbaycanın siyasi, ictimai və iqtisadi yeri və onun İran tarixinə təsirindən bəhs edilir.
Azərbaycan Demokrat Firqəsinin qurulmasının 80 illiyi münasibətilə nəşr olunan kitab Səfəvi dövlətinin qurulmasından, Əhməd şahın süqutu və Qacar imperiyasının sonuna kimi olan dövrü əhatə edir.
|
Tarix
2026.11.20 / 15:19
|
Müəllif
Kult.az
|