Yuxarı

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

Son illər Azərbaycanın Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu baxımdan, Vyetnam Sosialist Respublikası ilə əlaqələr xüsusi vurğulanmalıdır.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi var. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində əlaqələrimizin tarixi, eləcə də hazırda mövcud olan əməkdaşlıq barədə ətraflı şəkildə fikirlərini ifadə edib:

“Belə ki, 1959-cu ildə Vyetnamın Prezidenti Ho Şi Minin Bakıya səfər edib. 1983-cü ilin payızında isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Vyetnamda rəsmi səfərdə olub. Şimaldan cənuba — paytaxt Hanoydan Hoşimin şəhərinədək ölkənin əsas sənaye və mədəniyyət mərkəzlərini əhatə edən bu genişmiqyaslı səfər proqramı ikitərəfli münasibətlərin nə qədər çoxşaxəli və dinamik inkişaf etdiyini əyani şəkildə təsdiqləyirdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi. Həmin dövrdə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft-qaz sənayesinin qurulmasında və inkişafında göstərdikləri fədakarlıq, həmçinin minlərlə vyetnamlı tələbənin Bakının ali məktəblərində biliklərə yiyələnməsi iki xalq arasında sarsılmaz mənəvi körpülər yaratdı. Bu tarixi təcrübə və səmimi insani münasibətlər sonrakı onilliklərdə də dövlətlərarası etimadın ən etibarlı dayaq nöqtəsi olaraq qaldı”.

Millət vəkilinin fikrincə, məhz bu möhkəm təməl üzərində qurulan əməkdaşlıq bu gün yeni geosiyasi reallıqlar şəraitində daha da dərinləşərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur:

“Ölkələrimiz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfərim baş tutub, 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana cavab səfəri edib. Ötən ilin mayında isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması isə Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldırır. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi”.

Samir Vəliyev qeyd edib ki, müsahibədə Prezident İlham Əliyev dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyaların, müvafiq idarələrin, həmçinin parlamentlərarası dostluq qruplarının xətti ilə səmərəli dialoq aparılmasını da diqqətə çatdırıb:

“Eyni zamanda, iki ölkənin hakim partiyaları – Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. bundan əlavə, ölkələrimiz arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. İqtisadi – ticari əlaqələrə gəlincə, millət vəkilinin sözlərinə görə, bu əlaqələr də ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir. Çünki hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir”.

“Ölkələrimiz arasında humanitar sahədə əməkdaşlıq da məmnunluq doğurur. Prezident İlham Əliyevin dediyi kimi, Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri bu əlaqələrin möhkəmləndirilməsində mühüm addım olub. Xatırlatmaq yerinə düşər ki, hələ sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil alıb və sonradan əldə etdikləri bilik və təcrübəni vətənlərinin rifahı naminə uğurla tətbiq edib. Bu təcrübə təhsil sahəsində əməkdaşlığın inkişafı üçün vacib faktdır” – deyən Samir Vəliyev əlavə edib ki, Prezident İlham Əliyevin Vyetnama hazrkı səfəri də Bakı ilə Hanoy arasında tərəfdaşlığın dərin strateji xarakter daşıdığını, tərəflərin qlobal və regional çağırışlar fonunda əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək əzmində olduqlarını təsdiqləyir.

Tarix
2026.11.20 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla