Yuxarı

Qusarda bu oteldə təlim keçirildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qusarda bu oteldə təlim keçirildi - Video

Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Qusar rayonunda yerləşən “Deluxe Park Qusar Resort & Spa” otelində təlim keçirilib.

Axar.az xəbər verir ki, “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda keçirilən təlimə FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikası cəlb edilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələrin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi, müəssisə heyətinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Tədbirin nəzəri hissəsində FHN-in əməkdaşları fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları və təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, təlim iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra hotelin işçiləri tərəfindən “yanğına” ilkin müdaxilə edilib, FHN-in yanğından mühafizə və xilasetmə bölmələri isə operativ qaydada hadisə yerinə çataraq, “zərərçəkmişlərin təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və yanğının söndürülməsi” əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib və müəssisənin yanğın təhlükəsizliyinə məsul şəxsi heyətinə maarifləndirici materiallar təqdim edilib.

Tarix
2026.11.20 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla