Yuxarı

“Araz” supermarketlər şəbəkəsi mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz” supermarketlər şəbəkəsi mükafatlandırıldı

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda iki nominasiya üzrə mükafata layiq görülüb. Şirkət “Gənclərin məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” və “Qadınların məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə” nominasiyaları üzrə təltif edilib.

Ölkəmizdə ilk dəfə təşkil olunan forumun əsas məqsədi dövlət qurumları ilə özəl sektor arasında məşğulluq sahəsində əməkdaşlığı gücləndirmək, əmək bazarının aktual məsələlərini müzakirə etmək, yeni tərəfdaşlıq imkanları yaratmaq və biznes subyektlərinin dövlət dəstəyi mexanizmləri barədə məlumatlılığını artırmaq olub.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ölkədə həyata keçirilən sosial islahatlar, məşğulluq siyasətinin inkişafı və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

“Araz” supermarketlər şəbəkəsinin iki nominasiya üzrə təltif edilməsi şirkətin gənclərin və qadınların məşğulluğunun dəstəklənməsi istiqamətində fəaliyyətinin qiymətləndirilməsinin göstəricisidir. Şirkət sosial məsuliyyət prinsiplərinə əsaslanaraq müxtəlif sosial qruplar üçün məşğulluq imkanlarının genişləndirilməsinə, gənclərin əmək bazarına inteqrasiyasına və qadınların məşğulluğunun təşviqinə xüsusi önəm verir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək inklüziv iş mühitinin formalaşdırılmasına və bərabər məşğulluq imkanlarının dəstəklənməsinə töhfə verməyi hədəfləyir.

Tarix
2026.11.20 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla