Yuxarı

Palata yoldaşını öldürdü: məsuliyyətdən azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Palata yoldaşını öldürdü: məsuliyyətdən azad edildi

Gəncədə xəstəxanada palata yoldaşını öldürməkdə təqsirləndirilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törədib və cinayət məsuliyyətindən azad edilib. Onun barəsində “ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə” növündə tibbi xarakterli məcburi tədbir təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Səhiyyə Nazirliyinin tabeliyindəki Gəncə Psixiatriya Xəstəxanasında baş verib.

İttihama görə, Zaur Mustafayev palata yoldaşı Miri İsmayılovu aldadaraq qolları arxadan bağlanmış vəziyyətdə çörək yeyə biləcəyini yoxlamaq istədiyini deyib. O, iki gün əvvəl palatadakı çarpayıların üzərindəki iki döşəyin kənarlarından götürdüyü ipdən kəndir kimi istifadə edərək Miri İsmayılovun əl-qolunu bağlayıb və onu çarpayıya uzadıb.

Daha sonra Zaur Mustafayev Miri İsmayılovu kəndirlə boğaraq öldürüb.

Zaur Mustafayev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

Tarix
2026.11.20 / 10:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla