Yuxarı

Kök şirəsi orqanizmə belə zərər verə bilər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kök şirəsi orqanizmə belə zərər verə bilər

Kök şirəsinə həddindən artıq aludə olmaq qaraciyərə mənfi təsir göstərə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə əczaçı İqor Sokolski xəbərdarlıq edib.

O qeyd edib ki, kökün danılmaz faydalarından biri onun tərkibindəki yüksək miqdarda karotenoidlərdir. Orqanizm bu maddələri A vitamininə çevirir, A vitamini isə güclü immun sistemini qorumaq və bədənin gəncliyini saxlamaq üçün vacibdir.

Lakin mütəxəssis xəbərdarlıq edir ki, bu maddələrin həddindən artıq qəbul edilməsi qaraciyərə mənfi təsir göstərə bilər:

"Kök həddindən çox qəbul edildikdə, bütün karotenoidlər düzgün şəkildə metabolizə olunmur. Bu, qaraciyər funksiyasının pozulmasına və nəticədə “karotenoid sarılığı”na səbəb ola bilər. Adi sarılıqda olduğu kimi, bu vəziyyətdə də gözün ağ qişası, ovuc içləri və dəri saralır".

Mütəxəssis əlavə edib ki, bütöv kökdən daha çox, kök şirəsi bu cür zərər verə bilər. Bu içkidə karotenoidlərin qatılığı çox yüksəkdir, lakin onların sorulma prosesini ləngidən liflər (sellüloz) yoxdur. Kök şirəsini böyük miqdarda içmək asan olduğu üçün orqanizmdə karotenoidlərin "doza həddinin aşılması" riski yaranır – bütöv kök yeməklə bu miqdarı qəbul etmək praktiki olaraq qeyri-mümkündür.

Tarix
2026.11.20 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla