Putindən etiraf: Trampa minnətdaram, amma...
21:44
| Ana səhifə Toplum |
|
Azərbaycan Tiflisdə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Tiflisdə yaşayış binasında baş vermiş faciəvi partlayışdan dərindən kədərlənirik. Doğmalarını itirmiş ailələrə səmimi qəlbdən başsağlığı veririk və fikirlərimiz bu faciədən zərər çəkən hər kəslədir. Yaralananların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda bildirilib.
Qeyd edək ki, Tiflisin Kvemo-Poniçala rayonunda yaşayış binasında baş verən partlayış nəticəsində ən azı 4 nəfər ölüb.
|
Tarix
2026.11.19 / 21:36
|
Müəllif
Axar.az
|