Yuxarı

Bakıda Avropa Badminton Turnirinin açılış mərasimi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Avropa Badminton Turnirinin açılış mərasimi oldu

Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Xüsusi Olimpiya Avropa Badminton Turnirinin açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İştirakçı ölkələrin paradı keçirildikdən sonra “Ümid Məşəli” tədbirə gətirilib və alovlandırılıb.

Beynəlxalq turnirdə Avropa və Avrasiya regionunun 18 ölkəsindən 100-dən çox idmançı və nümayəndə heyəti iştirak edir. Noyabrın 19-dan 21-dək davam edəcək yarışın keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan idmançıların bacarıqlarını nümayiş etdirmələri üçün beynəlxalq platforma yaratmaq, inklüziv idmanın inkişafına, dostluq və həmrəyliyin möhkəmlənməsinə töhfə verməkdir.

Açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi təcrübəsindən, idmanın cəmiyyətin bütün üzvləri üçün əlçatan olmasının əhəmiyyətindən və inklüziv idmanın inkişafının önəmindən bəhs edib. O bu kimi beynəlxalq yarışların idmançıların inkişafına, ölkələr arasında əməkdaşlığın genişlənməsinə və idman dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakının təmin olunmasının ölkəmizdə aparılan sosial siyasətin mühüm tərkib hissəsi olduğunu bildirib. O, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idman bacarıqlarını nümayiş etdirmələri üçün keçirilən inklüziv tədbirlərin əhəmiyyətini, bu tədbirlərin həmin şəxslərin sosial münasibətlərini genişləndirmələri, cəmiyyətə fəal inteqrasiyası baxımından da vacibliyini qeyd edib.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin beynəlxalq idman tədbirinə ev sahibliyi etməsini ali təhsil müəssisəsi üçün xoş hadisə kimi dəyərləndirib və bütün iştirakçılara uğurlar arzulayıb. Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin sədri Vüqar Behbudov ölkəmizin ilk dəfə bu mötəbər beynəlxalq yarışa ev sahibliyi etməsinin Azərbaycanın inklüziv idmanın inkişafına xüsusi önəm verməsinin daha bir göstəricisi olduğunu bildirib. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunaraq öz potensiallarını nümayiş etdirmələri üçün aparılan işlər barədə məlumat verib.

Xüsusi Olimpiya Avropa-Avrasiya regionunun rəhbəri Sven Albrext Bakıda belə bir beynəlxalq tədbirin təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və Xüsusi Olimpiya Hərəkatının əsas dəyərləri olan bərabərlik, inklüzivlik, qarşılıqlı hörmət və hər bir idmançının potensialına inamın bu turnirdə öz əksini tapdığını vurğulayıb. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov isə badminton idman növünün inkişafından, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsindən bəhs edib və bu yarışın idmançılara yaradacağı yeni imkanların əhəmiyyətini vurğulayıb. O, iştirakçılara uğurlar arzulayaraq turnirin badmintonun inklüziv idman mühitində daha geniş yayılmasına töhfə verəcəyini deyib.

Qeyd edək ki, üç gün davam edəcək yarış çərçivəsində idmançılar badminton üzrə müxtəlif kateqoriyalarda mübarizə aparacaq və öz bacarıqlarını nümayiş etdirəcəklər.

Tarix
2026.11.19 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla