Yuxarı

OBA marketlər şəbəkəsi təltif olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
OBA marketlər şəbəkəsi təltif olundu

Ölkəmizdə ilk dəfə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi müharibə veteranlarının məşğulluğunun təminatına verdiyi mühüm töhfəyə görə təşəkkürnamə ilə təltif edilib.

Təşəkkürnaməni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya təqdim edib.

Forumda məşğulluğun təminatı sahəsində dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi, işəgötürənlərə dövlət dəstəyi və birgə təşəbbüslər müzakirə olunub. Tədbirdə həssas qruplara aid şəxslərin məşğulluğunun təminatına mühüm töhfələr verən 5 özəl sosial tərəfdaş mükafatlandırılıb.

Bu təltif “OBA” marketlər şəbəkəsinin sosial məsuliyyət sahəsində fəaliyyətinin və müharibə veteranlarının məşğulluğuna verdiyi töhfənin qiymətləndirilməsidir. Şirkət bu istiqamətdə fəaliyyətini davam etdirərək müharibə veteranları üçün yeni iş imkanlarının yaradılmasını hədəfləyir. Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi 2023-cü ildən etibarən hər il məşğulluğun dəstəklənməsinə verdiyi töhfələrə görə müxtəlif nominasiyalar üzrə təltif olunub.

Tarix
2026.11.19 / 18:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla