Yuxarı

Тrendyol COP31-də sosial sahədəki fəaliyyətini təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Тrendyol COP31-də sosial sahədəki fəaliyyətini təqdim etdi

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Тrendyol” Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) İqlim Dəstəkçisi kimi iştirak edib.

Тrendyol COP31-də dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri, fəaliyyət istiqamətlərini və gələcək hədəflərini təqdim edib. Şirkət həmçinin bütün dəyər zəncirində dayanıqlı böyümənin təmin edilməsi, regionların inkişafında texnologiyanın rolu və iqlim hədəflərinə çatmaqda özəl sektorun töhfəsi kimi məsələləri gündəmə gətirib.

“Rəqəmsallaşma yerli inkişafın hərəkətverici qüvvəsi ola bilər”

COP31 çərçivəsində “Dayanıqlı transformasiya üçün özəl sektorun töhfəsi ilə təşəbbüslərin sürətləndirilməsi: insan kapitalına, innovasiyalara və iqlim dayanıqlılığına investisiya” adlı paneldə iştirak edən Тrendyol Qrupunun sədr müavini Sinan Cem Şahin BMT-nin İnkişaf Proqramı (UNDP) ilə birlikdə həyata keçirilən “Sabahın kəndləri” layihəsinin regionların inkişafına verdiyi töhfələrdən danışıb: “Тrendyol olaraq inanırıq ki, rəqəmsallaşma yerli potensialı yeni iqtisadi imkanlarla birləşdirərək regionların inkişafına güclü təkan verə bilər. BMT-nin İnkişaf Proqramı (UNDP) ilə 2022-ci ildən həyata keçirdiyimiz “Sabahın kəndləri” layihəsi indiyədək 10 mindən çox insanı əhatə edib. Onlardan təxminən 6 min 500 nəfəri qadınlar və qız uşaqlarıdır. Rəqəmsal mərkəzlərimiz vasitəsilə yerli istehsalçıların, qadınların və gənclərin yeni bacarıqlar əldə etməsinə, sahibkarlıq potensiallarını inkişaf etdirməsinə və daha geniş bazarlara çıxış imkanları qazanmasına dəstək veririk. Məqsədimiz regionlarda yaşamağın daha az imkanlara sahib olmaq anlamına gəlmədiyi, insanların öz bölgələrində dayanıqlı gələcək qura bildiyi bir ekosistemin inkişafına töhfə verməkdir”.

Тrendyol dayanıqlılıq hədəflərini 2030 yol xəritəsilə gücləndirdi

Тrendyol COP31 çərçivəsində dayanıqlılıq sahəsində həyata keçirdiyi layihələri təqdim edib. Şirkət bu sahədəki fəaliyyəti və gələcək hədəflərini dördüncü Dayanıqlılıq Hesabatında da ətraflı açıqlayıb.

Тrendyol 2025-ci ildə logistika mərkəzləri və əməliyyat obyektlərində sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadəyə keçib. Ofislər də daxil olmaqla, bütün məkanlarında istehlak etdiyi elektrik enerjisinin 56 faizini sertifikatlaşdırılmış bərpaolunan mənbələrdən təmin edən şirkət bazar əsaslı 2-ci əhatə dairəsi (Scope 2) emissiyalarını əvvəlki illə müqayisədə 58 faiz azaldıb.

Тrendyol 2030-cu ilədək bütün məkanlarında sertifikatlaşdırılmış bərpaolunan elektrik enerjisindən istifadə etməyi, 50 min insanın rəqəmsal və iqtisadi baxımdan güclənməsinə dəstək verməyi, həmçinin 5 min ixtisaslı e-ticarət mütəxəssisi yetişdirməyi hədəfləyir. Şirkət uzunmüddətli iqlim öhdəlikləri çərçivəsində 2040-cı ilədək öz əməliyyatlarında, 2050-ci ilədək isə bütün dəyər zəncirində karbon neytrallığına nail olmağı hədəfləyir.

COP31 müddətində “Тrendyol”un stendini ziyarət edən qonaqlar şirkətin dayanıqlılıq sahəsindəki fəaliyyəti və “Sabahın kəndləri” layihəsi haqqında məlumat alıblar.

Tarix
2026.11.19 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan buna görə Vyetnama minnətdardır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla