Yuxarı

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanov (Qocatürk) özünə qəsd edibmiş.

Axar.az Bakupost-a istinadən xəbər verir ki, Nəriman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb.

Müraciət ötən gün, axşam saatlarında Prezidentə ünvanlanıb. N.Süleymanov 12 noyabrdan bəri “Tələbə mediası” adlı səhifədə ona qarşı şər-böhtan kampaniyası aparıldığını bildirib.

Onun sözlərinə görə, söhbət bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdən gedir. O, qızlara qarşı əxlaqsızlığına aid heç bir dəlil-sübut olmadığını vurğulayıb.

N.Qocatürk yazıb ki, onlar bir alimi deyil, onun ailəsini də ləkələyiblər.

“Səsimin eşidilməz olduğunu nəzərə alaraq, mənə atılan bu çirkab övladlarıma sıçramasın deyə, intiharı yeganə çıxış yolu seçdim.

Mən bu yazını Feysbuk səhifəmdə yerləşdirib bu dünyadan gedirəm. Sizdən tək istəyim mənim qatillərimi tapıb, onların layiq olduqları cəzanı verin.

Kimsənin haqqı yox ki, mənim ailəmi başsız, övladlarımı gözü yaşlı qopsun”, - N.Qocatürk yazıb.

Qeyd edək ki, Nəriman Qocatürk ötən gün dünyasını dəyişib. O, tanınmış jurnalist Şərəf Cəlillinin həyat yoldaşı idi.

Cütlüyün iki oğlan övladı var.

Tarix
2026.11.19 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

İlham Əliyev Vyetnamın VNA agentliyinə müsahibə verdi

Sülh üçün Konstitusiya dəyişməlidir – Simonyan

İrəvan 200-dən çox kütləvi məzarlığın yerini açıqlamalıdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla