Yuxarı

Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan jurnalisti təhqir etdi, məhkəmə ilə hədələdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı özündən çıxaraq sual verən jurnalisti təhqir edib. Daha sonra ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb tapacağını bildirib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, brifinq zamanı jurnalist Ripsime Cebecyan Qarabağa bağlı məsələlər gündəmə gələndə baş nazir və onun tərəfdarları müxalifətə, eləcə də sadə vətəndaşlara mütəmadi olaraq "Bəs siz niyə döyüşərək ölmədiniz?" sualını ünvanlayırlar.

Jurnalist eyni zamanda baş nazirin və onun tərəfdarlarının, bir çoxunun hərbi xidmətdə olmadığı halda, niyə həlak olmadıqlarını soruşub. O, həmçinin Paşinyanın ictimai çıxışları zamanı tez-tez şəxsi təhqirlərə və hədələrə yol verdiyini, hüquq-mühafizə orqanlarının isə buna göz yumduğunu bildirib. Halbuki adi vətəndaşlar öz fikirlərinə görə məhkəmə iddiaları ilə üzləşirlər.

Paşinyan cavabında jurnalistlərin "Yerablur" məzarlığını siyasi alver predmetinə çevirdiklərini deyib. "Bunu açıq deyirəm: şəxsən siz, "Güclü Ermənistan" və digər şəxslər Yerabluru siyasi və ictimai alver predmetinə çevirmisiniz. Bu yolda siz iyrəncsiniz - sizin üçün Yerablur sadəcə alver predmetidir. Yerabluru alver predmetinə çevirən hər kəsi məhv edəcəyəm. Siz iyrəncsiniz", - deyə o bildirib.

Bundan sonra jurnalist şəxsi təhqirlərə görə məhkəməyə müraciət edəcəyini bildirib. "Buyurun. Yaxşı bəhanədir. Mən də sizə qarşı məhkəməyə müraciət etmək üçün bəhanələr tapacağam. Məhkəmədə görüşərik", - deyə Paşinyan fikrini yekunlaşdırıb.

Tarix
2026.11.19 / 22:35
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

Ağdam erməni vandalizminin şahididir...

İlham Əliyev bu ölkəyə səfərə hazırlaşır

Azərbaycan Cənubi Qafqazda əsas logistika habıdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla