Göyçayda ağır qəza: ölən var
01:12
| Ana səhifə Hadisə |
|
Göyçayda ağır yol qəzası olub.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da saat 23:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
Belə ki, VAZ-2107 markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan 35 yaşlı Vasif İsmayılov ölüb, həmyaşıdı Nurlan Cəbrayılov xəsarət alıb.
N.Cəbrayılov xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.20 / 01:12
|
Müəllif
Axar.az
|