Bu şəxslər hərbi xidmətə aparılmayacaq
12:05
| Ana səhifə Toplum |
|
Ukrayna PUA-ları Smolensk vilayətindəki “Doroqobuj” kimya zavoduna hücum edib.
Axar.az xəbər verir ki, bu barədə “Astra” nəşri məlumat yayıb.
Hücumla bağlı rəsmi məlumat verilməsə də, zərbədən qısa müddət əvvəl bölgədə PUA hücumu ilə bağlı təhlükə elan edilib. Bununla yanaşı, partlayışın videosu Ukraynanın monitorinq kanalları tərəfindən yayımlanıb.
Qeyd edək ki, “Doroqobuj” Rusiyada ammonium nitrat istehsalının təxminən 11%-ni təmin edir. Müəssisə, həmçinin ammonyak, azot turşusu və mineral gübrələr istehsal edir. Onun məhsulları sənaye partlayıcı maddələrinin hazırlanmasında da istifadə olunur.
|
Tarix
2026.11.20 / 11:54
|
Müəllif
Zeynəb Əkbər
|