Putinə Çində “yeri göstərildi” – Video/faktlar
12:45
| Ana səhifə Planet |
|
İranın dəstəklədiyi “Kətaib Hizbullah” silahlı qruplaşmasının İraqın Curf əs-Səxr bölgəsindən mərhələli şəkildə çıxarılması barədə razılaşma əldə olunub.
Axar.az xəbər verir k, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, qruplaşmanın bir ay ərzində bölgəni tərk etməsi nəzərdə tutulur.
Bildirilib ki, geri çəkilmə mərhələli şəkildə həyata keçiriləcək və bu proseslə paralel olaraq İraq təhlükəsizlik qüvvələri bölgədə yerləşdiriləcək.
Qeyd edək ki, Curf əs-Səxr İraqın Babil əyalətində, Bağdad şəhərindən təxminən 60 kilometr cənub-qərbdə yerləşir. Bölgə “Kətaib Hizbullah”ın İraqdakı əsas dayaq məntəqələrindən biri hesab olunur.
|
Tarix
2026.11.20 / 12:40
|
Müəllif
Ləman Rüfət
|