Yuxarı

Yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirildi

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun akt zalında karate üzrə beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüş keçirilib.

Axar.az xəbər verir ki, oktyabrın 31-dən noyabrın 1-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində şotokan karate üslubu üzrə Avropa çempionatı təşkil olunub. 13 ölkədən 500-ə yaxın idmançının iştirak etdiyi yarışda Azərbaycan Karate Federasiyasının milli yığma komandasının və FHN-in “Budokan” karate klubunun təmsilçiləri müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar. Çempionatda klubun idmançıları 4 bürünc medal qazanıblar.

Həmçinin, noyabrın 14-15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə “Tbilisi Open-2026” beynəlxalq turniri keçirilib. 7 ölkədən 600-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan Karate Federasiyasının yeniyetmələr, gənclər və böyüklərdən ibarət təmsilçiləri də qüvvələrini sınayıblar. Turnirdə FHN-in “Budokan” karate klubunun müvafiq yaş qrupları üzrə yığma komandaların üzvləri müxtəlif çəki dərəcələrində 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi polkovnik Füzuli Musayev medalçılar və onların məşqçi-müəllimləri ilə görüşərək idmançıları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Görüşdə qazanılmış nailiyyətlərin əhəmiyyətindən danışılıb, medalçılara qiymətli hədiyyələr təqdim olunub.

Tarix
2026.11.20 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla