Yuxarı

Rusiyada iki Azərbaycan diaspor təşkilatı ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada iki Azərbaycan diaspor təşkilatı ləğv edildi

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində (XMAO) fəaliyyət göstərən iki Azərbaycan diaspor təşkilatı məhkəmə qərarı ilə ləğv edilib.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi Nijnevartovsk şəhərində fəaliyyət göstərən “Azərbaycanlılar” və Uray şəhərində yerləşən “Buta” təşkilatlarının ləğvinə qərar verib.

Buna səbəb qeyri-kommersiya təşkilatları haqqında qanunvericiliyin pozulması, o cümlədən hesabatların təqdim edilməsində aşkarlanan nöqsanlar olub.

Məlumata görə, “Azərbaycanlılar” təşkilatının dəfələrlə qanunvericiliyin tələblərini pozduğu, mühasibat uçotunda nöqsanlara yol verdiyi və təşkilatın nizamnaməsini nazirliyə təqdim etmədiyi iddia olunur.

Oxşar qərar Uray şəhərində fəaliyyət göstərən “Buta” milli-mədəni ictimai təşkilatı barəsində də qəbul olunub. Bu təşkilat isə 2023–2025-ci illər üzrə fəaliyyət hesabatlarını təqdim etməməkdə, həmçinin nizamnaməsi nazirliyin elektron portalında yerləşdirilmədiyi üçün ittiham edilir.

Hər iki təşkilatın məhkəmə qərarından şikayət vermək üçün bir ay vaxtı var.

Tarix
2026.11.20 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - Foto

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla