"Barselona" Bakıya nə vaxt gəlir?
14:34
| Ana səhifə İdman |
|
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda "Sabah"la qarşılaşacaq "Barselona"nın Azərbaycana səfər tarixi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə Bakı təmsilçisidən Azərtac-a məlumat verilib.
Bildirilib ki, İspaniya klubu noyabrın 23-ü axşam saatlarında paytaxtımızda olacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.
|
Tarix
2026.11.20 / 14:34
|
Müəllif
Axar.az
|