Yuxarı

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Altı il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etdi. 30 ilə yaxın işğal atında olan torpaqlar Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Ordumuzun qazandığı şanlı zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi dinc yolla işğaldan azad edildi.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Deputat xatırladıb ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu:

“Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində alınmaz qala olan Kəlbəcər Ermənistan tərəfindən işğal olundu. BMT Təhlükəsizlik Şurası isə 30 aprel 1993-cü ildə Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. BMT TŞ-nın məlum qətnaməsi 2020-ci ilin noyabrında Azərbaycanın gücü hesabına icra olundu”.

Millət vəkilinin sözlərinə görə, Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür:

“Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Təkcə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində 30 mindən artıq bulaq var, 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir. Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı yerləşir. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. “İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Eyni zamanda, qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var. Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır”.

Samir Vəliyev qeyd edib ki, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır:

“2025-ci il avqustun 21-də Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər. Həmin mərasim zamanı Prezident İlham Əliyev deyib: “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”. bu il noyabrın 6-a olan məlumata görə, Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb”.

“Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş regionların iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır” – deyə, deputat vurğulayıb.

Tarix
2026.11.25 / 14:18
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla