Yuxarı

Məktəbdən evə qayıtmayan şagirdin meyiti tapıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbdən evə qayıtmayan şagirdin meyiti tapıldı

Yardımlı rayonunda evə qayıtmayan azyaşlı şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

Axar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının meyitini kənd ərazisində yerləşən körpünün altında aşkar ediblər.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəbləri araşdırılır.

Tarix
2026.11.24 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

XİN Türkiyəyə başsağlığı verdi

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

Peskov: Avropalılar israr edir ki...

Prezident Maka Boçorişvilini qəbul etdi - Foto

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla