Yuxarı

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Hər gün Rusiya Müdafiə Nazirliyi Ukraynanın buraxdığı yüzlərlə dronu ölkə səmasında zərərsizləşdirdiyi haqda məlumat yayır. Məsələn, bu gün Rusiya 699 PUA zərərsizləşdirildiyini açıqlayıb. Maraqlıdır, Ukrayna PUA-larına qarşı Rusiya hansı raketlərdən istifadə edir və beləliklə, hər gün yüzlərlə dronun zərərsizləşdirilməsi Rusiyaya neçəyə başa gəlir?

Mövzu ilə bağlı Axar.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, hazırda dünyada dron sənayesi həddindən artıq inkişaf edib, amma antidron sistemləri o qədər də inkişaf yolu keçməyib.

“Rusiyanın son dövrlərdə istehsal etdiyi “Yolka” və digər antidron sistemləri var. Düzdür, onların qiyməti çox ucuzdur, amma effektivliyi də yüksək deyil. Ona görə də Rusiya daha çox Pantsir-S1/S2, Tor-M1/M2, Buk-M1/M2/M3, Strela-10, eləcə də S-300 və S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə ilə Ukrayna dronlarına qarşı mübarizə aparır”, - ekspert deyib.

Onun sözlərinə görə, bu sistemlərin qiymətləri də onların xüsusiyyətlərinə uyğun olaraq dəyişir:

“Məsələn, S-300 və S-400 sistemlərinin raketləri bahadır, “Pantsir” sistemlərinin raketləri isə nisbətən ucuzdur. Ümumiyyətlə, bir hava hədəfini vurmaq üçün 1-2 saniyəlik fasilə ilə iki raket buraxılır.

Ukraynanın uzaqmənzilli, təxminən 75 kiloqram faydalı yük daşıya bilən dronlarının qiyməti 50-200 min dollar arasında dəyişir. Belə bir dronu vurmaq üçün isə biri 100 min dollar civarında olan ən azı 2 raketdən istifadə olunur.

Əgər dronun qiyməti 200 min dollardırsa, Rusiya bu dronu vurmaq üçün, məsələn, bundan iki dəfə çox vəsait xərcləməli ola bilər.

Ona görə də hazırkı mərhələdə hava hücumundan müdafiə sistemlərinin ehtiyatlarının tükənməsi və dövlətlərə vurulan ən ağır zərərin məhz bu sistemlərdən atılan raketlərlə bağlı olması təsadüfi deyil. Çünki həmin raketlər dronlardan xeyli bahadır”.

Ekspert onu da xatırladıb ki, eyni vəziyyət Ukraynaya da aiddir:

“Rusiya Ukraynaya qarşı “Geran” ailəsinə aid “Geran-2”, “Geran-3” və sonuncu “Geran-4” dronlarından istifadə edir və onların imkanlarını daha da təkmilləşdirir. Ukrayna tərəfi də bu dronları vurmaq üçün daha bahalı raketlərdən istifadə etməyə məcbur qalır. Nəticə etibarilə, dövlətlər hücum əməliyyatlarından daha çox müdafiəyə vəsait xərcləməli olurlar”.

S.Məmməd xatırladıb ki, Ukraynanın istehsalı 300-500 dollara başa gələn FPV dronları (mənzili 50 km-dır) yalnız cəbhə xəttində istifadə olunur:

“Amma Ukraynanın Rusiyanın dərinliklərini vuran dronlarının qiyməti 50 min dollardan başlayır”.

Tarix
2026.11.24 / 15:52
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla