Yuxarı

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyənin Qafqazda sülhün və rifahın təmin olunması istiqamətində birgə fəaliyyətini davam etdirəcəyini bildirib.

Axar.az Aztürkxəbər.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin 24-25 noyabr tarixlərində İğdır şəhərində keçirilən “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı müraciətdə qeyd olunub.

Ərdoğan müraciətində Qafqazın tarixinin Türkiyənin də tarixi olduğunu vurğulayıb. O bildirib ki, iki ölkə əsrlər boyu bu coğrafiyanın sevincini və ağrılarını bölüşüb və ortaq tarixin verdiyi güclə gələcək nəsillərə sülh və təhlükəsizlik şəraitində yaşayacaqları region miras qoymaq məsuliyyəti daşıyır.

Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiklərini xatırladıb.

“Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur. Qarabağda qələbənin sevincini necə birlikdə yaşamışıqsa, Qafqazda sülh və rifah naminə də eyni qətiyyətlə çalışacağıq”, – deyə Ərdoğan bildirib.

O, Zəngəzur keçidinin açılmasının Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat infrastrukturunu gücləndirəcəyini, Türkiyə ilə Türk dünyası arasında əlaqələr üçün yeni imkanlar yaradacağını vurğulayıb.

Prezidentin sözlərinə görə, İpək Yolu marşrutlarında ticarətin canlanması, əməkdaşlığın genişlənməsi və xalqlar arasında əlaqələrin möhkəmlənməsi bütün regiona fayda gətirəcək.

Ərdoğan Qafqazla bağlı Türkiyənin baxışını belə ifadə edib:

“Bizim vizyonumuza görə, Qafqaz sülhün daimi xarakter aldığı, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir regiondur”.

Türkiyə Prezidenti konqres iştirakçılarının elmi müzakirələrinin və fikir mübadiləsinin bu ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Tarix
2026.11.24 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla