Yuxarı

Azərbaycanda dini təhsil alan qızların sayı…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda dini təhsil alan qızların sayı…

Tələbələrin dini məsələlərə elmi yanaşmalarının, müxtəlif dini-fəlsəfi baxışları təhlil etmək bacarıqlarının formalaşması gələcəkdə dini maarifçiliyin intellektual səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır ki, onlardan 98 nəfəri qızlardır:

“Eyni zamanda, daha 4 qız tələbə təhsilini magistratura səviyyəsində davam etdirir. İndiyədək bu ali təhsil ocağından bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 145 qadın məzun olub.

Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsilini davam etdirir, bu günədək 4 qız məzun olub. Bu göstəricilər qadınların dini təhsilin müxtəlif pillələrində iştirakını, onların elmi və peşəkar hazırlığı üçün yaradılmış imkanları əks etdirir”.

Tarix
2026.11.24 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla