Yuxarı

FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in Cənub Regional Mərkəzi təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional ASAN Xidmət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda nəzəri-praktiki təlim keçirilib.

Axar.az xəbər verir ki, təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, müəssisənin kollektivi və könüllülər iştirak ediblər.

Əvvəlcə, nəzəri hissə çərçivəsində təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən istifadə qaydaları, dəm qazı təhlükəsinin qarşısının alınması yolları barədə tədbir iştirakçılarına geniş məlumat verilib.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb.

Daha sonra davam etdirilən praktiki hissə çərçivəsində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan şərti fövqəladə hadisə barədə məlumat əsasında obyektin qüvvələri ilə birgə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin yardımın göstərilməsi, “hadisə” yerində çevik kəşfiyyatın aparılması və “nəticələrinin aradan qaldırılması” əməliyyatları yerinə yetirilib.

Tarix
2026.11.24 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla