Ukraynada həlak olan rusiyalı hərbçilərlə bağlı şok rəqəmlər
10:37
| Ana səhifə Planet |
|
Türkiyənin İstanbul şəhərinin Kartal rayonu bələdiyyəsində şəhərsalma layihələrindəki qanun pozuntuları iddiaları ilə bağlı əməliyyat keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı vəzifəli şəxslər də daxil olmaqla, 10 nəfər saxlanılıb.
Aparılan araşdırma çərçivəsində yüksək riskli 8 binanın ümumi tikinti sahəsinin 400 ilə 1000 kvadratmetr arasında artıq göstərildiyi müəyyən edilib.
Eyni zamanda, şübhəlilərin maliyyə əməliyyatları və mobil telefon baza qeydləri də araşdırılıb.
Saxlanılan şəxslərin “rəsmi sənədləri saxtalaşdırma”, “cinayət törətmək məqsədilə təşkilat yaratma və ya belə təşkilata üzv olma” və “rüşvət alma” cinayətləri ilə ittiham olunduqları açıqlanıb.
|
Tarix
2026.11.24 / 10:30
|
Müəllif
Ləman Rüfət
|