Yuxarı

ABŞ qar adamı ilə bağlı sirli arxivi açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ qar adamı ilə bağlı sirli arxivi açdı

ABŞ Meşə Xidməti qar adamı (biqfut və ya saskvoç) ilə bağlı arxiv sənədlərini yayımlayıb.

Axar.az “Qardian”a istinadən xəbər verir ki, bir neçə onillikləri əhatə edən materiallarda sirli izlər, qəribə səslər və Oreqon və Montana meşələrində naməlum canlılarla qarşılaşmalar təsvir edilir.

Sənədlərdən biri 1982-ci ilə aiddir. O dövrdə bioloq Rodney Conson şimal-şərqi Oreqondakı Umatilla Milli Meşəsində aşkar edilmiş qeyri-adi izləri araşdırırdı. Mütəxəssislər hətta izlərin mənşəyini müəyyən etmək üçün ikisinin gips qəliblərini də hazırlayıblar.

Arxivdə həmçinin 1980-ci ildə üç dostu ilə birlikdə sığın cəsədini götürmək üçün meşəyə gedən Montana sakininin hekayəsi də var. O, nəhəng izlər aşkar etdiyini, güclü bir qoxu duyduğunu və qəribə bir nərilti səsi eşitdiyini bildirib. Kişilər bundan sonra dərhal ərazini tərk ediblər.

Digər bir sənəd Montanada tapılan yüzlərlə qeyri-adi iz haqqında 2003-cü ildə dərc olunmuş qəzet məqaləsidir.

Qeyd edilir ki, hətta 2026-cı ilin iyun ayında Kanadanın Ontario əyalətinin sakinləri zibil qutularının yaxınlığında gördükləri iddia edilən iki böyük məxluq barədə məlumat vermişdilər.

Biqfut Xəritəçəkmə Layihəsi artıq qar adamı qarşılaşdıqları iddia edilən 16.000-dən çox məlumat toplayıb. Lakin hələ də belə bir məxluqun mövcudluğuna dair heç bir elmi dəlil yoxdur.

Tarix
2026.11.24 / 01:05
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla