Yuxarı

Maka Boçorişvili Azərbaycana gəlir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maka Boçorişvili Azərbaycana gəlir

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili noyabrın 24-də Azərbaycana səfər edəcək.

Axar.az Report-a istinadən xəbər verir ki, səfər zamanı nazirin bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, Maka Boçorişvili 2025-ci il yanvarın 16-17-də Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana ilk rəsmi səfərini edib.

Boçorişvili həmçinin Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının 10-cu iclasına qatılıb. Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmir yolu və yaşıl enerji sahəsində əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.

Tarix
2026.11.23 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla