Yuxarı

Su təchizatı xidmətinin müvəqqəti dayandırılması qaydası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Su təchizatı xidmətinin müvəqqəti dayandırılması qaydası...

Su təchizatı və kanalizasiya xidmətlərinin dayandırılması üçün abonent yazılı ərizə, elektron müraciət, qaynar xətt və digər mövcud əlaqə vasitələri ilə sukanal idarəsinə müraciət edə bilər.

Axar.az xəbər verir ki, daxil olmuş müraciətlərə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq baxılır və müvafiq tədbirlər həyata keçirilir.

Müraciət edən abonentin su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu araşdırılır. Xidmətlərin dayandırılması nəzərdə tutulan ünvanda digər istehlakçıların yaşayıb-yaşamadığı müəyyənləşdirilir.

Araşdırmanın nəticəsinə əsasən xidmət müvəqqəti dayandırılır.

Xidmətin aktivləşdirilməsi də abonentin ərizəsi əsasında həyata keçirilir.

Proses 5 iş günü ərzində həyata keçirilir.

Tarix
2026.11.23 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla