Yuxarı

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olmamasını müsbət qiymətləndirir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 23-də Bakıda italiyalı həmkarı Antonio Tayani ilə brifinqdə deyib.

O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında sülh sazişi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit çərçivəsində iki ölkə tərəfindən paraflanıb:

"Saziş ictimaiyyət üçün açıqdır, nəşr edilib. Azərbaycan tərəfinin həm o zaman, həm də indi açıqdır. Azərbaycan tərəfi son imzanı qoymağa bir şərtlə hazırdır ki, Ermənistan Konstitusiyasında Azərbaycana aid ərazi iddiaları çıxarılsın. Bunun nə zaman baş verməsi isə sırf Ermənistanın daxili işidir. Zaman belə gətirdi ki, bəli, bu gün bu yöndə inkişaf gördük. Baş nazir Nikol Paşinyan yeni Konstitusiyasının mətnini açıqladı. Mən bu layihə ilə bağlı şərh vermək istəmirəm, yenə də deyirəm, bu onların daxili işidir. Bizi tək maraqlandıran odur ki, yeni layihədə Azərbaycana qarşı ərazi iddiası olmasın. Yeni layihədə görünür ki, bu müddəa yoxdur və biz bunu müsbət qiymətləndiririk".

Tarix
2026.11.23 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla